Goranboyda Ümummilli Liderimiz Heydər Əliyevin Anım Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
10 dekabr 2022 | 11:05
Ümummilli Liderimiz Heydər Əliyevin Anım Gününə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, rayon Mərkəzi Xəstəxanası – Publik Hüquqi şəxsin və Gənclər və İdman İdarəsinin əməkdaşları Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil etdilər. Öncə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edildi, sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin zəngin irsini, çoxşaxəli həyat fəaliyyətini və rayonumuza səfərlərini özündə əks etdirən fotostendə baxış keçirildi və videoçarx izlənildi.