Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönmü ilə bağlı, ümumrayon tədbiri keçirildi.

10 may 2024 | 11:48

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönmü ilə bağlı, Goranboy  rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy şəhəri Heydər Əliyev Parkında, ümumrayon tədbiri keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun huquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, idarə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları,  rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdilər. Goranboylular Ümummilli Liderimizin rayon mərkəzində  ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət edərək Dahi Şəxsiyyətə bir daha böyük ehtiramlarını nümayiş etdirdilər.

Keçidlər