Goranboyda, “Ümummilli lider Heydər Əliyevin enerji strategiyası dövlət müstəqilliyimizin qarantıdır" adlı tədbir keçirildi
18 oktyabr 2024 | 13:02
Goranboyda, “20 oktyabr-Energetika Günü” ilə bağlı, “Ümummilli lider Heydər Əliyevin enerji strategiyası dövlət müstəqilliyimizin qarantıdır" adlı tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəhbərliyi və bir qrup əməkdaşları, YAP rayon təşkilatının rəhbərliyi və bir qrup rayon fəalları iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.