Goranboyda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı, Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi
12 dekabr 2025 | 12:45
12 dekabr - Xalqımızın Ümummilli Lideri, Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ilə bağlı, Heydər Əliyev Mərkəzi ziyarət olundu, Ümummilli Liderimizin mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş fotosərgiyə və fotostendlərə baxış keçirildi. Ekskursiyada, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailələri, qazilər və ictimai fəallar iştirak etdilər.








