Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü"nə həsr olunmuş kitab,rəsm və əl işləri sərgisi təşkil olundu

09 may 2025 | 12:23

"Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü" ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Goranboy rayon Heydər Əliyev Parkında kitab, rəsm və əl işləri sərgisi təşkil olundu. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, YAP rayon təşkilatının sədri Samir Qocayev, rayonun xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyətinin fəalları, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri və məktəblilər iştirak etdilər. Sərgi çərçivəsində, rayonun incəsənət ustalarının ifasında konsert proqramı nümayiş etdirildi.

Keçidlər