Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev siyasəti və Qarabağ amili: uğursuzluğu zəfərə çevirən müqəddəs amal” mövzusunda konfrans keçirildi.

08 may 2024 | 14:25

Goranboyda, Ümummilli Lider Heydər Əliyevin  101-ci ildönümü ilə bağlı, rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti və Xalq qəzetinin  birgə təşkilatçılığı ilə   “Heydər Əliyev siyasəti və  Qarabağ amili: uğursuzluğu zəfərə çevirən müqəddəs amal” mövzusunda tədbir keçirildi. Tədbirdə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, Akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri Fuad Əliyev, Xalq qəzetinin bölgə müxbiri, Əməkdar Jurnalist Hamlet Qasımov, bir qrup rayon ziyalıları və ictimai fəallar  iştirak  etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin  rayon mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasının akt zalında davam etdirildi. Tədbirdə Ümummilli Liderimizin və bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və  Ümummilli Liderimizin dövlət idarəçiliyi  fəaliyyəti ilə bağlı videoçarx izlənildi. Tədbirdə çıxış edən icra Başçısı  Məhərrəm Quliyev və  digər ziyalılar  vurğuladılarki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Heydər Əliyev - Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan Siyasi Dövlət İdarəçiliyi Sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisidir. Azərbaycan  mətbuatının inkişafı da məhz Ümummilli Liderin fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli Lider daim  azad mətbuatın inkişafına və mətbuat işçilərinin müstəqil  fəaliyyətinə xüsusi önəm vermişdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Keçidlər