Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Zəfərə gedən yol -1993-2023” mövzusunda konfrans keçirildi.

31 oktyabr 2023 | 15:09

“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zəfərə gedən yol-1993-2023” mövzusunda konfrans keçirildi. Tədbirdə, Goranboy RİH başçısı Məhərrəm Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, rayon ictimaiyyətinin fəalları, ağsaqallar və ziyalılar iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində  davam etdirildi. Tədbirdə, foto, rəsm və əl işləri sərgisi,  xüsusi hazırlanmış videoçarx nümayiş etdirildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə, Azərbaycan xalqının təkidilə ikinci dəfə hakimiyyətə gəlişi ilə dövlətçiliyimizin və xalqımızın təhlükə və bəlalardan qurtulduğunu,  milli və müasir dövlətçiliyimizin, həmçinin bugünkü inkişafımızın əsasının qoyulduğunu vurğuladı. İcra Başçısı və çıxış edən  digər natiqlər bildirdilər ki, Ümummilli Liderimizin siyasi varisi, dünya şöhrətli siyasi lider, nüfuzlu Dövlət  Başçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və məqsədyönlü  dövlət idarəçiliyi fəaliyyəti nəticəsində torpaqlarımızı işğaldan azad və ərazi bütövlüyümüzü təmin etməklə, bu gün Azərbaycan 5 min illik dövlətçilik tarixinin ən  möhtəşəm və qürurlu zamanını yaşayır. Məhz, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi əməli işlər nəticəsində Azərbaycan regionun lider dövlətinə və Avropanın enerji təhlükəsizliyinin təminatçısı olan bir ölkəyə çevrilmişdir. 

Keçidlər