Goranboyda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı yeni salınmış Parkda ağac əkini aksiyası keçirildi.
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümümrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Goranboy şəhərində növbəti ağac əkini aksiyası keçirildi. Aksiyada, rayon İcra Hakimiyyətinin başçısı və digər məsul vəzifəli şəxslər, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri, YAP rayon təşkilatının sədri, Goranboy-Naftalan rayonu üzrə Təhsil sektorunun rəhbərliyi və kollektivi, bir qrup təhsil işçisi və ictimai fəallar, kütləvi informasiya vasitələrinin nümaəndələri iştirak etdilər. Aksiya iştirakçıları öncə, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar rayonun təhsil işçiləri tərəfindən salınmış Parkda ağac əkini aksiyası həyata keçirildi.