Goranboyda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı, Məhkəmə və Ədliyyə işçiləri tərəfindən ağac əkini aksiyası keçirildi.
28 aprel 2023 | 14:11
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümümrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Məhkəmə və Ədliyyə orqanları işçiləri Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Sonra, Goranboy şəhərində növbəti ağac əkini aksiyası keçirildi, 100 ədəd müxtəlif növ ağac əkildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının müavini, Ədliyyə Nazirliyinin rayonda fəaliyyət göstərən qurumlarının rəhbərləri və əməkdaşları, bir qrup ictimai fəallar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.