Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin hamisi-ümumxalq sevgisi işığında Novruz bayramı” adlı ümumrayon tədbiri keçirildi.

18 mart 2023 | 13:26

Goranboyda,  “Ümummilli Lider Heydər Əliyev  milli-mənəvi dəyərlərimizin hamisi-ümumxalq sevgisi işığında Novruz bayramı”   adlı ümumrayon tədbiri keçirildi.

 

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri, Şəhid ailələri və Qazilərimiz, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, rayon mədəniyyət evləri və musiqi məktəblərinin kollektivləri iştirak etdilər. Bayram təbrikində, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Şanlı Vətən müharibəsi ilə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra ərazi bütövlüyümüzün təmin olunmasını vurğulayan İcra Başçısı Məhərrəm Quliyev, 30 ildən sonra ikinci dəfədir ki, bütün torpaqlarımızda bayram tonqallarının qalandığını, güclü dövlət və qalib xalq kimi qürurla  bayram günlərini qeyd etdiyimizi diqqətə çatdırdı.

Azərbaycan xalqının böyük oğlu, dahi Şəxsiyyət, müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması məqsədi ilə  “2023-cü il-Heydər Əliyev ili”  ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirildiyini vurğulayan İcra Başçısı,  Goranboy şəhəri Heydər Əliyev adına Parkda keçirilən   Novruz bayramı ümumrayon tədbirinin də həmin tədbirlər çərçivəsində təşkil olunduğunu diqqətə çatdırdı. Bildirildi ki, Heydər Əliyev  Azərbaycan Siyasi Dövlət İdarəçiliyi Sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisi kimi    Azərbaycan xalqının müasir dövlətçilik tarixində  böyük  yeniliklərə  imza atmış Ümummilli Lider,   öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Lider həmişə xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrimizin qorunması və yaşadılması üçün əsl himayədarlıq mövqeyini nümayiş etdirmişdir. Xalqımızın ən əziz və qədim bayramlarından olan Novruz bayramı da Sovet hakimiyyətinin ciddi qadağaları dövründə də, məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti ilə daim yaşadılmış və ümumxalq bayramı səviyyəsində qeyd edilmişdir.

Bayram tonqalını Şəhid ailələri və Qazilərimiz alovlandırdı. Tədbirdə mədəniyyət və incəsənət ustalarının ifasında bayram konserti, milli adət ənənələrimizi özündə əks etdirən folklor və milli mətbəximizin nümunələri, rayon Rəsm Qalereyasının təqdimatında rəsm sərgisi və idmançılarımızın müxtəlif növlər üzrə döyüş bacarıqları nümayiş etdirildi.

 

Keçidlər