Goranboyda Ümummilli lider Heydər Əliyev böyük ehtiramla anıldı
12 dekabr 2024 | 15:22
Azərbaycan xalqının böyük oğlu, Dahi Şəxsiyyət, Müstəqil Azərbaycanın xilaskarı, Müasir Azərbaycan Dövlətçiliyinin və Azərbaycançılıq məfkurəsinin banisi Ümummilli liderimiz Heydər Əliyev Goranboyda böyük ehtiramla anıldı. Anım tədbirində, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar və ziyalılar iştirak etdilər.