Goranboyda "Ümummili lider Heydər Əliyevin anım günü" ilə bağlı, silsilə tədbirlər keçirilir
09 dekabr 2024 | 09:46
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan təhsil sektorunun təşkilatçılığı ilə Dəliməmmədli şəhər və Borsunlu kənd tam orta məktəblərində, müəllimlər, şagirdlər, bir qrup şəhid və qazi ailələrinin birgə iştirakı ilə "Ümummili lider Heydər Əliyevin anım günü" ilə əlaqədar olaraq, tədbir keçirildi. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şagirdlərin hazırladıqları əl işlərinə baxış keçirildi. Ulu Öndər Heydər Əliyev haqqında şeirlər və kompazisiya təqdim olundu.