Goranboyda tütünün inkişaf sahəsi genişləndirilir
03 iyul 2025 | 10:10
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisində ümumilikdə 291 hektar sahəni əhatə edən torpaq sahəsində 5 mülkiyyətçi ilə bağlanmış müqavilə əsasında 127 hektar sahədə tütün əkini həyata keçirilmişdir. Hazırda tütün ştillərinin əkin sahələrinə köçürülməsi prosesi davam etdirilir. Əkin sahələri müasir suvarma sistemləri ilə tam təchiz olunmuşdur ki, bu da su ehtiyatlarından səmərəli istifadəni və məhsuldarlığın artırılmasını təmin edir. Əkin üçün istifadə olunan toxum sortu Virciniya (NC291) çeşididir ki, bu da keyfiyyətli və məhsuldar tütün sortları sırasında yer alır.








