Goranboyda tütünçülük inkişaf etdirilir
2004-cü ildən həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramlarının uğurlu icrası regionlarda aqrar sahənin inkişafında əsaslı rol oynayıb. Dövlət proqramları ilə yanaşı Möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəlik Fərman və sərəncamları da fermerlərin fəaliyyətinin stimullaşdırılmasına, onların bir sıra subsidiya və güzəştlərlə təmin edilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Goranboy rayonunda da aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafında əsaslı nəticələr əldə edilib. Tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarını genişləndirmək üçün əlverişli şərait yaradılmışdır. Məlumat üçün bildiririk ki, artıq bir neçə ildir ki, rayonun Qarqucaq, Zeyvə, Şəfəq, Yenikənd və Qaraçinar kəndlərində, ümumilikdə 8 hektar sahədə tütün becərilir. Tütünçülüyün genişləndirilməsi məqsədi ilə cari məhsul ilində Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2,45 ha sahədə tütün toxumu üçün 14 istixana qurulması nəzərdə tutulub və hal hazırda 6 istixana qurulub, bu istiqamətdə işlər davam etdirilir. Bu istixanalarda becərilən şitil toxumları xarıcdən gətirilir və torf kübrə qarışığı ilə əkilir. Hazırda burada 40 nəfərə yaxın mövsümi işlə təmin edilmiş, yaxın gələcəkdə 180 nəfərin işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev istixanalarda aparılan işlərlə yerində tanış oldu.