Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda tibb işçilərinin peşə bayramı ilə bağlı tədbir keçirildi.

17 iyun 2023 | 10:28

Goranboy rayonunda,  17 iyun -Tibb işçilərinin Peşə Bayramı ilə bağlı keçirilən tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, rayon Mərkəzi Xəstəxanası–Publik Hüquqi Şəxsin rəhbərliyi, bir qrup  tibb işçiləri və ictimai fəallar iştirak etdilər. Tədbirdə çıxış edən  İcra Başçısı, Azərbaycanda digər sahələr kimi, səhiyyənin inkişafının da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründən başlayaraq ölkəmizdə səhiyyənin inkişafı sahəsində  bir sıra mühüm islahatların həyata keçirildiyini, müstəqillik illərində müasir xəstəxana binalarının tikilərək istifadəyə verildiyini və müasir səhiyyə infrastrukturunun yaradıldığını  diqqətə çatdırdı. Ümummilli Liderin siyasətini uğurla davam etdirən  Prezident cənab İlham Əliyev səhiyyənin inkişafına xüsusi diqqət yetirir. Əhalinin sağlamlığının qorunması dövlətin əsas prioritet sahələrindən biridir. Səhiyyə sisteminin yenidən qurulması, infrastrukturunun yenilənməsi, səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, kadr hazırlığı, yoluxucu xəstəliklərin profilaktikası və əks-epidemik tədbirlərin aparılması daim diqqət mərkəzində saxlanılır, insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görülür. Goranboyda da səhiyyənin inkişafı və bu məqsədlə, müasir tələblərə cavab verən tibb müəssisələrinin istifadəyə verilməsi təqdirəlayiqdir. Məhz, cənab Prezidentimizin iştirakı ilə  2020-ci ildə istifadəyə verilmiş və müasir tibbi avadanlıqlarla təhciz edilmiş 130 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının yeni binası dövlətimizin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Həmçinin sahibkarlığın  inkişafına göstərilən dövlət dəstəyinə əsaslanaraq, rayon mərkəzində fəaliyyət  göstərən özəl Medlife Diaqnostika və Estetika  Mərkəzi və hazırda tikinti işləri aparılan, 200 nəfərin işlə təmin olunacağı  Medlife Hospital rayonumuzda  səhiyyənin və ümumilikdə, özəl sektorun  inkişafına yaradılmış əlverişli mühitin bariz nümunəsidir.

Tədbirdə, rayonun tibb xidməti sahəsində fərqlənən bir qrup tibb işçilərinə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

 

Keçidlər