Goranboyda təmizlik aksiyası keçirildi
15 avqust 2025 | 14:16
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə respublika ərazisində məişət və digər tullantıların təmizlənməsi ilə əlaqədar ümumrespublika təmizlik marafonu çərçivəsində 15.08.2025-ci il tarixində Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin inzibati ərazisində Qaraçay çayının kənarında Goranboy Rayon İcra Hakimiyyətinin, 10 saylı Regional Eloloğiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı , 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, 10 saylı Nəqliyyat İdarəsinin, Korçay Dövlət Qoruğunun, Səfikürd və Ağcakənd bələdiyyələrinin,Səfikürd, Tatarlı, Zeyvə, Şəfəq Qaraçinar, Aşağı Ağcakənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərinin, Goranboy Su və Meliorasiya Sistemlərinin İstismarı idarəsi,Goranboy rayon Dövlət Aqrar İnkişaf Mərkəzi və 23 saylı Goranboy Yol İstismar MMC, Goranboy rayon Qaz İstismar sahəsinin əməkdaşlarının iştirakı ilə iməclik təşkil edilərək təmizlik aksiyası həyata keçirilmişdir. Keçirilən aksiya çərçivəsində 97 nəfərin iştirak ilə təxminən 640 kq tullantılar politelin torbalara yığılaraq ərazidən kənarlaşdırılmışdır.








