Goranboyda, “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda tədbir keçirildi.
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 27.11.2020-ci il tarixli 2306 nömrəli Sərəncamın 5.5.1-ci bəndinin icrası ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, məktəb direktorları, müəllimlər, psixoloqlar və yuxarı sinif şagirdlərinin iştirakı ilə, “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda Borsunlu kənd 1 nömrəli tam orta məktəbində tədbir təşkil edildi. Tədbirdə, təhsildən yayınma və erkən nigah faktlarının qarşısının alınmasında valideynlərlə qarşılıqlı şəkildə əlaqənin vacibliyi vurğulandı, şagirdlərlə maarifləndirici söhbətlər aparıldı.