Goranboyda təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı operativ işlər davam etdirilir.
Məlumat verdiyimiz kimi, 30.04.2023-cü il tarixdə Goranboy rayonu ərazisində güclü leysan yağışı və dolu nəticəsində çaylarda suyun səviyyəsi artması ilə, ümumilikdə 3436 təsərrüfatı əhatə edən 1 şəhər, 3 qəsəbə və 8 kəndə, o cümlədən: Börü və Gürzallar kəndlərinin yol infrastrukturuna, Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və Muzdurlar kəndlərində bir neçə fərdi yaşayış evlərinə, iri və xırda buynuzlu mal-qaraya, ev quşlarına və əkin sahələrinə qismən ziyan dəymişdir. Bununla bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakət nəticəsində dəymiş ziyanın öyrənilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.