Goranboyda təbii fəlakətin fəsadları aradan qaldırılır.
Məlumat verdiyimiz kimi, 08 iyun 2024-cü il tarixdə, axşam saatlarında baş verən güclü leysan yağışları və güclü külək nəticəsində rayonun bir çox yaşayış məntəqələrində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna, elektrik və təbii qaz təsərrüfatlarına ziyan dəymişdir. RİH yanında Fövqəladə Hallar Komissiyası dərhal ərazidə olmuş və fəsadların aradan qaldırılması ilə bağlı, tədbirlər görmüşdür. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev baş vermiş təbii fəlakətin əhatə etdiyi ərazilərdə oldu.İcra Başçısı fəsadların aradan qaldırılması və gələcəkdə baş verə biləcək təhlükənin qarşısının əvvəldən alınması məqsədi ilə Komissiya üzvlərinə və xidmət sahələrinin rəhbərlərinə tapşırıq və tövsiyyələrini bildirdi.