Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda taxıl biçini yekunlaşmışdır

14 avqust 2025 | 16:10

İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Goranboy rayonunda cari məhsul ilində 19561,0 hektar sahədə taxıl, o cümlədən 5 738,5 hektar buğda, 12 974,5 hektar arpa və 848,0  hektar xəsil əkilib. Bu vaxta qədər rayonda 5 738,5  hektardan 19 396,0 ton buğda, 12 974,5 hektardan 43 334,8 ton arpa biçilib. Buğda üçün orta məhsuldarlıq 33,8 sentner, arpa üçün isə 33,4 sentner təşkil edir. Ümumilikdə, biçilmiş 19561,0 hektar taxıl sahəsindən 62730,8 ton məhsul götürülüb. Taxıl sahələrində orta məhsuldarlıq 33,5 sentner olmuşdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2024-cü ildə Goranboy rayonunda biçin işləri 23 298,0 hektar sahədə aparılmış və həmin dövrdə ümumilikdə 77 261,4 ton məhsul əldə olunmuşdur. Həmin ilin orta məhsuldarlığı isə 33,2 sentner təşkil etmişdir. 2025-ci ildə məhsuldarlığın 0,3 sentner artaraq 33,5 sentnerə yüksəlməsi onu göstərir ki, aparılan aqrotexniki tədbirlər, keyfiyyətli toxum seçimi, düzgün gübrələmə və texnoloji yanaşmalar nəticəsində məhsuldarlıq göstəricilərində irəliləyiş əldə olunmuşdur.

Keçidlər