Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Tap Qaraqoyunlu, Hacallı və Səfikürd sakinlərinin 35 illik problemi həll olunur.

12 oktyabr 2024 | 10:56

Goranboy rayonunun Tap Qaraqoyunlu, Hacallı, Tatarlı və Səfikürd kəndlərinin, ümumilikdə; 2 min hektardan çox əkin sahələrinin suvarılmasını təmin edən və mənbəyini Sərsəng su anbarından götürən İncəçay çayı ilə qidalanan 7 km-lik Tap-Hacallı-Səfikürd su arxının  bərpa olunması işləri həyata keçirilir. Məlumat üçün bildiririk ki, həmin su arxı 1-ci Qarabağ müharibəsi zamanı erməni faşistləri tərəfindən yararsız vəziyyətə salınmışdı. Su arxının bərpası üçün ərazilərdə müvafiq texnikalardan istifadə olunmaqla əsaslı əməli tədbirlərin aparılmasına ehtiyac var idi. Lakin, həmin su arxının 44 Günlük Vətən Müharibəsi öncəsi düşmənlə təmas xəttində yerləşən Tap və Tap Qaraqoyunlu kəndlərinin müəyyən ərazilərinə düşməsi və həmin ərazilərin erməni silahlı birləşmələri tərəfindən minalanması həmin ərazilərdə bərpa işlərinin aparılmasına manelər yaradırdı. İşğaldan azad edilmiş ərazilərdə minalanmış sahələrin təmizlənməsi prossesi başa çatdıqdan sonra, həmin su arxının da bərpası işlərinin aparılması mümkün oldu. Həmin kəndlərdə əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə mövcud ehtiyyat və alternativ su resurslarından səmərəli istifadə olunması, həmçinin Naftalan şəhərini içməli su ilə təmin edilməsi üçün nəzərdə tutlan 6 ədəd subartezian quyusunun və mənbəyini Murovdağdan götürən Yuxarı Ağcakənd–Goranboy içməli su kəmərindən Naftalan şəhərinə çəkilmiş xəttin təhcizatının təmin edilməsi ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən  aidiyyəti məsul şəxslər, mütəxəssislər və yerli fermerlərlə birgə məsləhətləşmələr aparılmış, problemlərin müsbət həlli istiqamətində aidiyyəti dövlət qurumlarına 2023-cü ildə rəsmi müraciətlər ünvanlanmışdı. Cari ildə həyata keçirilən əməli tədbirlər nəticəsində, artıq 4,5 km məsafədə bərpa işləri başa çatdırılmışdır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə, aparılan işlərlə yerində tanış oldu. İcra Başçısı  iş icraçıları ilə görüşdü, işlərin məqsədəmüvafiq qaydada  görülməsi, gələcəkdə sudan səmərəli istifadənin təmin edilməsi ilə bağlı, müzakirələr apardı, bu istiqamətlərdə tapşırıq və tövsiyələrini verdi.

 

Keçidlər