Goranboyda suyun itkisiz axınının və səmərəli istifadəsinin təmin olunması məqsədilə kanal və arxların lil və kol-kosdan cari təmizlənməsi işləri aparılır
Goranboy Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi rayonun 61740 ha əkin sahələrinin suvarılmasına xidmət edir. Bundan əlavə olaraq əkin üçün istifadə olunan 4000 ha örüş sahəsi, 10500 ha Dövlət fond torpaqları, 7000 ha bələdiyyə torpaqları olmaqla daha 21500 ha əkin sahələrinin suvarılması da idarənin üzərinə düşür ki, faktiki olaraq idarə tərəfindən rayonun 83240 ha əkin sahələrinin suvarılması təmin olunur. İdarənin balansında olan əkin sahələrinin suvarılmasına 968 ədəd subartezian quyusu, 16 ədəd nasos stansiyaları, Sol Sahil Tərtər kanalı, Şəmkir Maşın kanalı, Kürəkçay çayı, Qaragoran və İnçə çayları xidmət edir. Əkin sahələrinin su təminatının yaxşılaşdırılması, sahələrə suvarma suyunu daha asan və itkisiz çatdırılması üçün torpaq məcralı kanallar daim lildən təmizlənir. Bunun üçün idarənin texnikaları bir-neçə istiqamətdə bu işləri icra edir. Hazırda Goranlı, Qazançı, Kürəkçay istiqamətlərində kanal və arxlar lil və kol-kosdan təmizlənərək suyun itkisiz axını təmin olunur.