Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda "Şuşa ili"-nə həsr olunmuş mini futbol üzrə rayon birinciliyinə yekun vurulub.

10 sentyabr 2022 | 10:18

09 sentyabr 2022-ci il tarixində Goranboy Rayon İcra Hakimiyyətinin, Goranboy rayon Gənclər və İdman idarəsinin və Goranboy Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "Şuşa ili"-nə həsr olunmuş mini futbol turnirinə yekun vurulub. 16 komandanın iştirak etdiyi rayon birinciliyinin final oyunu Qazanbulaq və Xanqərvənd komandaları arasında keçirilib və Qazanbulaq komandası 2 - 1 hesabı ilə  qalib gələrək rayon birinciliyinin qalibi  olub.

Qalib komanda " Şuşa ili"nə həsr olunmuş respublika turnirində iştirak hüququ qazanıb .

Keçidlər