Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Sülh Aylığı” mövzusunda tədbir keçirildi

10 sentyabr 2026 | 12:19

Goranboy rayon İcra Hakimiyyəti və Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının iştirakçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “21 avqust-21 sentyabr Sülh Aylığı” çərçivəsində tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verdiyi, 2025-ci il 8 avqust tarixində Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş"in razılaşdırılmış mətninin paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanmasının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələ olduğu iştrakçıların nəzərinə çatdırıldı. Həmçinin 2026-cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən respublikamızın Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulduğu, ölkə Prezidenti cənab İlham Əliyevin 22 yanvar 2026-cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın Nizamnaməsini imzaladığı barədə tədbir iştrakçılarına məlumat verildi. Eyni zamanda davamlı sülhün bərqərar olması üçün müharibələrin doğurduğu humanitar nəticələrin, o cümlədən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, münaqişələrdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi, mülki əhalinin təhlükəsizliyinin qorunması, bundan əlavə, itkin düşmüş şəxslərin taleyine aydınlıq gətirilməsi, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin olunması və müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişa etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyü bütün formalarının qarşısının alınması barədə müzakirələr aparıldı.

Keçidlər