Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Sülh Aylığı” mövzusunda növbəti tədbir keçirildi

14 sentyabr 2026 | 12:02

Goranboy rayon İcra Hakimiyyəti və Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “21 avqust-21 sentyabr Sülh Aylığı” çərçivəsində tədbir keçirildi. Əsas məqsədi cəmiyyətdə sülh və insan hüquqları dəyərlərinin təbliği, xüsusilə gənc nəslin sülh mədəniyyəti, tolerantlıq, qarşılıqlı hörmət və həmrəylik prinsipləri ruhunda maarifləndirilməsi, eləcə də sülhün bəşəri dəyər kimi əhəmiyyətinin diqqətə çatdırılması olan tədbirdə çıxışlar zamanı bildirildi ki, sülhün və əmin-amanlığın qorunması hər bir cəmiyyətin davamlı inkişafının əsas şərtlərindən biridir. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi maarifləndirilməsi və sülh dəyərlərinin təşviqi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan keçirilən maarifləndirici tədbirlər gənc nəslin dünyagörüşünün formalaşmasına və onların ictimai proseslərdə fəal iştirakına mühüm töhfə verir.

Keçidlər