Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda süd və süd məhsulları istehsalının inkişafı mövzusunda fermerlərlə maarifləndirici tədbir təşkil olundu

29 iyul 2026 | 12:24

Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Süd və süd məhsullarının inkişafı sahəsində mövcud imkanlar, çətinliklər və inkişaf perspektivlərinin öyrənilməsi“ mövzusunda fermerlərlə maarifləndirici tədbir keçirildi. Tədbirdə  heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərin təklif və müraciətləri dinlənilərək dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə ətraflı məlumat verildi. Tədbirin sonunda fermerlərin sual və təklifləri qeydiyyata alınaraq, qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar qurumlara təqdim olunacağı bildirildi.

Keçidlər