Goranboyda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” ilə bağlı tədbir keçirildi
05 iyun 2025 | 11:59
Tədbirdə, Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, RİH-nin digər məsul əməkdaşları, rayonun su təsərrüfatı və meliorasiya xidmət sahələrinin rəhbərləri və bir qrup əməkdaşları iştirak etdilər. Tədbir iştiraşçıları Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Goranboy şəhər Şəhidlər Xatirə Kompleksini ziyarət etdilər. Bildiririk ki, Prezident cənab İlham Əliyev tərəfindən, 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” - peşə bayramı kimi qeyd olunması barədə, 14 may 2014-cü il tarixli Sərəncam imzalanmışdır.








