Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda su ehtiyatlarından səmərəli istifadəyə həsr olunmuş görüş təşkil edildi

24 iyul 2026 | 09:49

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1.1.16.2-ci bəndinin icrası məqsədilə alternativ su mənbələrindən istifadənin genişləndirilməsi və su ehtiyatlarından səmərəli istifadənin təşviqi istiqamətində Goranboy rayonunun Zeyvə kəndində su istifadəçiləri ilə görüş keçirildi. Görüş zamanı mövcud su ehtiyatlarından qənaətlə istifadə, alternativ su mənbələrinin tətbiqi imkanları, müasir suvarma üsullarının üstünlükləri, su təminatının yaxşılaşdırılması və kənd təsərrüfatında su itkilərinin azaldılması məsələləri müzakirə olundu. Sonda iştirakçıların təklif və müraciətləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər