Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı Xoylu kəndində su istifadəçiləri ilə görüş keçirildi

23 avqust 2025 | 09:03

“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamının icrası məqsədi ilə Xoylu kəndində növbəti iclas keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısı aparatının, Paylayıcı Elektrik Şəbəkəsinin və Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə və su istifadəçiləri iştirak etdilər.

Keçidlər