Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı, Qızılhacılı qəsəbəsində su istifadəçiləri ilə görüş keçirildi

31 iyul 2025 | 12:18

“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı,  rayon İcra Hakimiyyəti Başçısının  müvafiq Sərəncamının icrası məqsədi ilə rayonun Qızılhacılı qəsəbəsində  növbəti  iclas keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının birinci  müavini Seymur Nazarov,  Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin,  Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbər şəxsləri və bir qrup su istifadəçiləri iştirak etdilər. Mövcud problemlər yerində müzakirə olundu.

Keçidlər