Goranboyda stolüstü tennis üzrə turnir keçirildi
25 avqust 2025 | 16:51
Goranboy rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnir idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında təşkil edilmişdir. Gərgin mübarizə şəraitində keçən turnirin yekun nəticəsinə görə:
1-ci Yer - Mirsahib Hüseynov - Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı
2-ci Yer - Kamran Səfərli - Goranboy Olimpiya İdman Kompleksinin əməkdaşı
3-cü Yer - Tural Bədəlov - Goranboy Olimpiya İdman Kompleksinin direktoru
Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb.








