Goranboyda Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin və Goranboy rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Milli Ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır adlı” tədbir keçirildi. Ümummilli lider Heydər Əliyev abidəsi və Şəhidlər abidə kompleksi Qazilər,müharibə iştirakşıları və rayon Gəncləri tərəfindən ziyarət olundu. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında, Rəşadətli Azərbaycan Ordusu tərəfindən ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunduğunu bildirdi, Şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldı. Bildirildi ki, Ordu quruculuğuna yanlız 1993-cü ildə başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki Silahlı Qüvvələr dövlətin tam nəzarətinə keçdi. O dövrdə hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də hərbi akademiyanın yaradılması haqqında fərman imzalandı. Bugün də, Müzəffər Ali Baş komandan İlham Əliyev tərəfindən Azərbaycan Silahlı qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz inkişaf təkmilləşmə dövrünü yaşayır. Sonra çıxış edənlər 44 günlük Vətən Müharibəsində gənclərin ordu quruculuğundakı rolundan ətraflı danışdılar.








