Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirildi.

26 iyun 2024 | 10:22

Goranboy rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və ictimai fəalların birgə iştirakı ilə, Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə bağlı, rayon ərazisində yerləşən “N”  saylı Hərbi Hissədə tədbir keçirildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında, Rəşadətli Azərbaycan Ordusu  tərəfindən ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunduğunu bildirdi, Şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldı. Tədbirdə, rayon mədəniyyət evinin təqdimatında musiqi proqramı nümayiş etdirildi.

Keçidlər