Goranboyda “Səyyar Sağlam Həyat” layihəsi çərçivəsində tədbir keçirildi.
21 oktyabr 2024 | 12:06
Goranboy şəhəri Heydər Əliyev Parkında, Gənclər və İdman Nazirliyinin “Səyyar Sağlam Həyat” layihəsi çərçivəsində, tədbir keçirildi. Tədbirdə, yeniyetmə, gənc və orta yaşlı nəslin nümayəndələri olmaqla, ümumilikdə 241 nəfər idman həvəskarları qoşularaq, müxtəlif idman növlərindən-voleybol, basketbol, stolüstü tennis, şahmat və boks avadanlıqlarından istifadə etməklə maraqlı vaxt keçirdilər. Tədbirin məqsədi könüllülük əsasında sağlam həyat tərzinin aşılanmasıdır.