Goranboyda səyyar qəbullar zamanı olunan müraciətlər həll olunur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Goranboy Rayon İcra Hakimyyətinin başçısı tərəfindən rayon İcra Hakimiyyətində və rayonun bütün yaşayış məntəqlərində səyyar qəbullar keçirilir. Qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir, araşdırılır və həlli istiqamətində qanuna müvafiq əməli tədbirlər görülür. Goranboy Rayon İcra Hakimiyyəti başçısının Erkeç kəndində keçirilən səyyar qəbulunda kənd sakinləri 2 ədəd qəzalı vəziyyətdə olan elektrik dayağının dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişdirlər. Müraciət əsasında Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyəsi ilə rayon Elektrik Şəbəkəsi tərəfindən qəzalı vəziyyətdə olan elektrik dayağı yenisi ilə əvəz olundu.








