Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda səyyar qəbul zamanı səsləndirilən müraciət əsasında futbol meydançası hazırlanır

29 avqust 2026 | 12:10

Goranboy rayon İcra Hakimiyyəti başçısının Qarasuçu kəndində keçirdiyi səyyar qəbul zamanı kənd sakini Əliyev Zaur Cümşüd oğlu tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə futbol meydançasının salınması üçün ərazinin ayrılması və həmin sahənin hamarlanması ilə bağlı müraciət edilmişdir. Müraciətlə əlaqədar Goranboy rayon İcra Hakimiyyəti və Hazırəhmədli Bələdiyyəsi tərəfindən futbol meydançasının salınması nəzərdə tutulan ərazi müəyyənləşdirilərək hamarlanmış, hazırda meydançanın hazırlanması istiqamətində müvafiq işlər davam etdirilir.

Keçidlər