Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda sel yenə fəsadlar törətdi.

01 iyul 2023 | 11:30

Bildiririk ki,  Goranboy rayonu  ərazisində leysan yağışları nəticəsində yaranan  sel  suları rayonun  Nizami kəndində 35,0 ha,  Dəyirmanlar  kəndində 15,0 ha  əkin sahələrinə və 57 ev təsərrüfatı olan Azad  kəndinin  bütün həyətyanı  və  20,0 ha əkin sahəsinə,  110 şagird yerlik  Dəyirmanlar kənd  tam orta  məktəbinin binasına  ziyan vurmuşdur.   Azad  kəndi, bütünlüklə  sel altında qalmış, Kürəkçay, Gorançay  və  Qaraçay çaylarında  suyun  səviyyəsi  xeyli artmışdır.Bununla bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gecə saatlarından ərazidə olmuş, müvafiq texnikaları əraziyə cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində operativ olaraq  zəruri tədbirlər görülmüşdür.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və  aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə, sel sularından zərərşəkmiş ərazilərdə oldu. Fəsadların aradan qaldırılması məqsədi ilə operativ və zəruri tədbirlərin görülməsi, təsərrüfatlara dəymiş ziyanın müəyyən edilməsi istiqamətlərində müvafiq işlərin aparılmasını bildirən İcra Başçısı, bununla bağlı tapşırıq və tövsiyyələrini bildirdi.

Hazırda Komissiya tərəfindən ərazilərdə fəsadların aradan qaldırılması istiqamətlərində əməli tədbirlər davam etdirilir.

Keçidlər