Goranboyda sel sularının yaratdığı fəsadlarla bağlı, İcra Başçısı Səfikürd kəndində oldu.
Bildiririk ki, may ayının 12-14-ü tarixlərində baş verən leysan yağışları nəticəsində Gorançayın Qaraçay qolunda və İncəçay çayında suyun səviyyəsi artıb, yaranan sel suları Goranboy rayonunun Tatarlı, Səfikürd, Xan Qərvənd və Əlirzalı kəndləri ərazisində əkin sahələrinə, fərdi təsərrüfatlara qismən ziyan vurub. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslər və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə mövcud vəziyyətlə yerində maraqlanıb. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.