Goranboyda sel sularının yarada biləcəyi fəsadların qarşısının alınması istiqamətində işlər davam etdirilir.
17 may 2024 | 15:04
May ayının 16-sı axşamı, leysan yağışları nəticəsində yaranan sel suları yenə Goranboyda əkin sahələrinə və fərdi təsərrüfatlara qismən ziyan vurub. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və RİH-nin məsul əməkdaşları operativ olaraq, selin fəsad yaratdığı ərazilərdə olmuş, mövcud vəziyyətlə yerində maraqlanmışlar. Aidiyyəti xidmət sahələrinin müvafiq texnikaları əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, ciddi fəsadlar baş verməmişdir. Hazırda fəsadların aradan qaldırılması və gələcəkdə baş verə biləcək təhlükənin qarşısının əvvəlcədən alınması istiqamətlərində əməli tədbirlər davam etdirilir.