Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda sel sularının fəsadlarının qarşısının alınması üçün tədbirlər görülüb

22 may 2026 | 21:58

22 may 2026-cı il tarixində günorta saatlarında yağan leysan xarakterli yağışlar nəticəsində Qaraçay və Qaraçay çayının Qızılhacıllı–Balakürd qollarında suyun səviyyəsi artmış, dağlardan gələn sel suları səbəbindən Goranboy rayonunun Qaraçinar və Yenikənd kəndlərinin bəzi küçələrinə su dolmuşdur. Yaranmış vəziyyətlə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal operativ tədbirlər həyata keçirilmiş, əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunmuşdur. Sel sularının fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər görülmüşdür.
Görülən operativ işlər nəticəsində yaşayış evlərinə, təsərrüfatlara hər hansı ziyan dəyməmiş, həmçinin insan tələfatı qeydə alınmamışdır. Hazırda hava şəraiti sabitləşmiş, ərazidə vəziyyət tam nəzarət altındadır.

Keçidlər