Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda sel sularına qarşı tədbirlər davam edir

24 may 2026 | 22:03

Yağan intensiv yağışlar nəticəsində  Gorançayı və Kürəkçay çayında suyun səviyyəsinin artması səbəbindən Goranboy rayonunun Veyisli, Qazançı və Goranlı kəndlərində əkin sahələrinə az miqdarda sel suları daxil olmuşdur. Yaranmış vəziyyətlə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə müvafiq texnikalar cəlb edilərək sel sularının kəndlərin daxilinə dolmasına və təsərrüfatlara ziyan vurmasının qarşısının alınması istiqamətində zəruri işlər həyata keçirilir. Vəziyyət tam nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən ərazidə zəruri tədbirlər davam etdirilir. Hazırda yağıntılı hava şəraiti davam edir.

Keçidlər