Goranboyda sel suları fəsadlar törətdi...
22.06.2022 ci il tarixdə saat 16:25 radələrindən başlanan və güclü leysan yağışı nəticəsində Goranboy rayonunun dağ kəndlərində çaylarda suyun səviyyəsi yüksəlmiş, sel-suların daşması nəticəsində Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində bir çox fərdi yaşayış evlərinə və təsərrüfatlarına, əhalinin mal-qarasına və nəqliyyat vasitələrinə, iaşə və digər sosial obyektlərə ziyan dəymişdir.
Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası dərhal sel-sularının fəsad törətdiyi ərazidə toplanmış, Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin inzibati binasında Operativ Qərargah yaradılmışdır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxsləri Komissiya üzvləri ilə birgə, zərər görmüş sakinlərlə görüşmüş, fərdi yaşayış evlərinə baş çəkmişlər.
Hazırda Komissiya tərəfindən, dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı operativ iş aparılır.
facebook - https://fb.watch/dP9u32y8ot/
İnstagram - https://www.instagram.com/p/CfHnlKUqtXA/