Goranboyda şəhidlərin ildönümü ilə bağlı məzarlarının ziyarəti davam edir
01 noyabr 2026 | 13:54
Goranboy rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, bir qrup şəhid ailələrinin iştirakı ilə Şəhid Cümşüdov Orxan Sabutay oğlunun, Xıdırov Elgün Fuad oğlunun və Əliyev Yadigar Səfxan oğlunun ildönümləri ilə bağlı məzarları ziyarət olunaraq əziz xatirələri ehtiramla yad edildi.








