Goranboyda şəhidlərin ildönümü ilə bağlı məzarlarının ziyarəti davam edir
07 oktyabr 2026 | 14:30
Goranboy rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, bir qrup şəhid ailələrinin iştirakı ilə Vətən müharibəsi zamanı Şəhid olmuş Məmmədov Ehtiram Mehman oğlunun ildönümləri ilə bağlı məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edildi.








