Goranboyda şəhidlərimizin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu.
30 avqust 2022 | 11:29
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailələri və qazilərlə birgə Qala çoxnövlü idman klubunun təşkilatçılığı ilə, şəhidlərimiz xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak etdi. Mərasimdə çıxış edən icra başçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik siyasətinin nəticəsi, rəşadətli ordumuzun hünəri, şəhidlərimizin qanı, qazilirəmizin canı hesabına əldə olunan 44 günlük şanlı zəfərdən və ölkəmizdə dövlətin böyük dəstəyi ilə yüksək səviyyədə inkişaf edən idman sahəsində gənclərin uğurlu nailiyyətlərindən danışdı.
Sonda şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.