Goranboyda şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirildi
30 dekabr 2024 | 13:00
Goranboy rayon İcra Hakimiyyəti və təhsil işçiləri azad həmkarlar ittifaqı Goranboy rayon komitəsinin birgə, təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin-2025-ci ilin gəlişi münasibətilə rayon İcra Hakimiyyətinin inzibati binasında şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirildi.Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid övladlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə bağlı, təbrik etdi, uşaqlara bayram hədiyyələri təqdim edildi.