Goranboyda şəhidin adını daşıyan küçənin cari təmir işlərinə başlanıldı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Goranboy Rayon İcra Hakimyyətinin başçısı tərəfindən rayon İcra Hakimiyyətində və rayonun bütün yaşayış məntəqlərində səyyar qəbullar keçirilir. Qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir, araşdırılır və həlli istiqamətində qanuna müvafiq əməli tədbirlər görülür. Goranboy Rayon İcra Hakimiyyəti başçısının Xınalı kəndində keçirilən səyyar qəbulu zamanı kənd sakini Nəbiyev Qorxmaz Voraşil oğlu qardaşı, şəhid Nəbiyev Mahir Voraşil oğlunun adını daşıyan küçənin hamarlanaraq cari təmir olunmasını xahiş etmişdir. Müraciət əsasında Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyəsi ilə Qaramusalı bələdiyyəsi tərəfindən küçənin hamarlanaraq cari təmir olunmasına başlanılmışdır. Kənd sakinləri müraciətlərinə həssaslıqla yanaşılaraq qısa müddətdə müvafiq tədbirlərin görüldüyü üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.








