Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Şəhidimiz Səfiyar Məmmədovun doğum günündə məzarı ziyarət edildi.

01 yanvar 2023 | 12:53

12-13 sentyabr 2022-ci il tarixində erməni silahlı birləşmələrinin  təxribatının qarşısının alınması zamanı şəhid olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, Goranboy rayonu Qızılhacılı qəsəbəsindən 2002-ci il təvəllüdlü Məmmədov Səfiyar Elşən oğlunun doğum günündə, Goranboy rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları, şəhidimizin ailə üzvləri ilə birgə, məzarını ziyarət etdilər, şəhidimizin ruhuna dualar edildi, əziz xatirəsi ehtiramla anıldı.

Səfiyar Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyə Cümhuriyyətinin “Yurdda sülh, cahanda sülh” medalı ilə də təltif edilmişdi.

Keçidlər