Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid və qazi ailələrinin sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

17 dekabr 2022 | 09:31

Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinin, xüsusən də şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən  şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir, Şəhid ailələri və qazilərlə görüşlər təşkil oşlunur.  Ziyarətlər və keçirilən görüşlər zamanı Şəhid ailələri və qazilər  tərəfindən edilən müraciətlərdən rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə,   aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.

Goranboy RİH-nin məsul vəzifəli əməkdaşlarının, yerli icra nümayəndələri və  bələdiyyələrin iştirakı ilə, Xan Qərvənd kəndində  Xan Qərvənd, Əlirzalı, Yeniyol və Təklə kəndlərindən olan Şəhid ailələri ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.

Keçidlər