Goranboyda şəhid Nəbiyev Mahir Varoşil oğlunun anım günü ilə bağlı məzarı ziyarət olundu, əziz xatirəsi ehtiramla anıldı
12 iyun 2026 | 15:29
Goranboy rayon İcra Hakimiyyəti məsul əməkdaşları və digər məsul şəxslər, Xınnalı kəndindən olan şəhid Nəbiyev Mahir Varoşil oğlunun anım günü ilə bağlı məzarını şəhidimizin ailə üzvləri ilə birgə ziyarət etdilər, şəhidimizin əziz xatirəsi ehtiramla anıldı.








